RU
Kömək etmək istədi, yolun ortasında can verdi - Siyəzəndə faciə: 2 ölü, 4 yaralı - VİDEO - FOTOLAR
11:23
523

Kömək etmək istədi, yolun ortasında can verdi - Siyəzəndə faciə: 2 ölü, 4 yaralı - VİDEO - FOTOLAR

Siyəzəndə 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

7News.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun 118-ci kilometrliyində, rayonunun Gilgilçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəzada 99 AC 039 dövlət nömrə nişanlı "Azsamand" markalı maşınla 10 UT 453 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı avtomobil toqquşub. Toqquşmadan sonra "Azsamand" yol kənarındakı dəmir maneəyə çırpılıb. Avtomobilin sürücüsü 33 yaşlı Davud Rəsulov yerindəcə dünyasını dəyişib. Qəzadan sonra hadisə yerində daha bir faciəvi hal yaşanıb.

Belə ki, qəzada xəsarət alanlara kömək etmək istəyən Güldəstə İsmayılova yoldan keçərkən naməlum avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Qəza zamanı "Azsanmand"da olan sərnişinlər Səkinə Hüseynova, Robert Adgözəlov, Elman Adgözəlov
 və "VAZ 21 06"nın sürücüsü Mübariz Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Siyəzən Regional  Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır./ARB Şimal 
Bakı-Quba yolunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
 




 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ