RU
Köməyə gedən ambulans kanala düşdü
20:30
811

Köməyə gedən ambulans kanala düşdü

Ağdaşda ambulans kanala aşıb

Ağdaş rayonunda çağırışa gedən təcili tibbi yardım maşını kanala düşüb.

Qəzaya səbəb, uzun müddət yağan yağışdan sonra yolun palçıqlı olmasıdır. Ambulans idarəetməni itirərək sürüşüb və Masad kanalına yuvarlanıb.

Xoşbəxtlikdən xəsarət alan və ölən olmasa da, təcili tibbi yardım maşınındakı elektron sistemlər yararsız hala düşüb./olke.az

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ