7News.az xəbər verir ki, ötən ilin sonunda qızı Ləmanı nişanlayan ifaçı kürəkənindən danışıb.
O bildirib ki, 2016-cı il onun üçün uğursuz keçib. İfaçı tək yaxşı hadisə qızını nişanlaması olduğunu deyib:
"Yaxın günlərdə xeyir iş gözlənilir. Qızımızı yola salmağa hazırlaşırıq. "Hə”sini vermişik. Nişanı, xınayaxdısı olacaq. El adəti ilə nə lazımdırsa, o da ediləcək. Bizdə adət-ənənə o cür deyil ki, övlad istəyən olmalıdır. Əlbəttə ki, valideynin də razılığı mütləqdir. Qızımın gələcək həyat yoldaşı ilk mənim seçimim olub. Əvvəl qızımız razılaşmırdı. Sonra zaman keçdi, o da razılığa gəldi. Nə oğlanı, nə də qızı yaxınlaşdıra bilmirdik. Təsadüfən qohumlardan birinin məclisində üz-üzə gəldilər. Biz qaldıq qıraqda. Eşitdik ki, bir-birini bəyəniblər".
K.Kərimova oğlunu da evləndirməyə hazırlaşdığını söyləyib:
"Qızımı yola saldıqdan sonra gəlinimi gətirəcəm".
7News.az








