RU
Kollec rəhbərliyi yayılan məlumatların düzgün olmadığını deyib: “Yalandır, böhtandır” - TƏFƏRRÜAT
13:12
845

Kollec rəhbərliyi yayılan məlumatların düzgün olmadığını deyib: “Yalandır, böhtandır” - TƏFƏRRÜAT

Son bir neçə ayda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən Humanitar Kolleclə bağlı şikayətlər dərc olunmaqdadır. 7NEWS.az saytı olaraq bu günə qədər sırf öz redaksiyamıza aid informasiya məhsulu dərc etməmişik. Dərc edilən yazılar digər saytlara istinadla verilib. Kollec adında 22 oktyabr tarixində imzalanan və 26 oktyabr tarixində redaksiyamıza daxil olan məktubda deyilir: "Yayılan yazılar yalan, böhtandır, kollecin direktorunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldır və həqiqətə uyğun deyil.”.

Məktubda qeyd edilən digər məqamların KİV haqqında qanunun 62-ci maddəsinə aid olduğundan dərci üçün mənbələrə göndərilməsini təklif edirik. Və qeyd edirik ki, 7NEWS.az olaraq baş verən hadisəni bütün tərəflərin iştirakı, münasibəti və rəsmi cavabı ilə dərc etməyi (etik normalar gözlənilməklə) planlamışıq.

Mövzunu diqqətdə saxlayacağıq.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ