Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə bu gündən ixtisas seçimi başlayır.
7News.Az DİM-ə istinadən xəbər verir ki, ixtisas seçimi sentyabrın 7-dək davam edəcək.
Qeyd edək ki, DİM Abituriyent jurnalının 3-cü nömrəsi və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib.
7News.Az








