Bakıda fəlayyət göstərən "Kolorit Kafe" müştərilərinə qarşı kifayət qədər hörmətsizlik göstərməkdə davam edir.
Bu barədə 7News.Az-a müştərilərdən biri məlumat verib.
Belə ki, istirahət üçün bu məkanı seçən şikayətçi, kafenin admistratoru tərəfindən oturduğu masadan 2-3 dəfə ayağa qaldırılıb və masaya başqa şəxləri əyləşdirilib. Bu barədə kafenin admistratorundan soruşan şikayətçinin aldığı cavab çox maraqlı olub: "İndi həll edirəm". Buna baxmayaraq 30-35 dəqiqə ayaq üstdə qalan müştəri kafeni tərk edib. Bunun dəfələrlə təkrarlandığını bildirən şikayətçi digər müştərilərin də bu cür hörmətsizliklə qarşılaşdığını bildirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
7News.Az








