RU
Kolumbiya hökuməti ilə ELN arasında 6 aylıq atəşkəs başlayır
12:44
57

Kolumbiya hökuməti ilə ELN arasında 6 aylıq atəşkəs başlayır


Kolumbiyada hökumətlə solçu partizan təşkilatı Milli Azadlıq Ordusu (ELN) arasında iyunun 9-da imzalanan 6 aylıq atəşkəs razılaşması bu gün qüvvəyə minib.

7NEWS.az xəbər verir ki, mayın 2-də və iyunun 9-da Kubada keçirilən danışıqların üçüncü raundunda hökumət rəsmiləri ilə ELN nümayəndə heyətinin imzaladığı 6 aylıq müvəqqəti atəşkəs razılaşması bu gün rəsmən başlayıb. Sülh danışıqlarında irəliləyiş əldə olunacağı, həmçinin silahlı təşkilatlarla polis və ordu qüvvələri arasında toqquşmaların dayandırılacağı təqdirdə atəşkəsin yanvar ayında uzadılacağı gözlənilir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) atəşkəs prosesini izləmək üçün 68 nəfərdən ibarət müşahidəçi qrupu təyin edəcəyini də açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ