200 Venesuela hərbçisinin sərhəddi pozaraq Kolumbiyaya daxil olması barədə məlumat yayılıb.
Bununla bağlı Kolumbiya Xarici İşlər Nazirliyi qarşı tərəfə etirazını bildirib.
Kolumbiya tərəfinin məlumatına əsasən, bazar günü Venesuela hərbçiləri sərhəddi pozaraq Norte-de-Santander departamentinə daxil olub.
Müdafiə Nazirliyi venesuelalı hərbçilərin helikopterlə Vetas-de-Oriente rayonuna eniş etdiyini müəyyən edib. Onlar qanunsuz olaraq saxlama həyata keçirməkdə və şəxsi mülkiyyətə ziyan vurmaqda ittiham olunurlar.
Venesuela tərəfindən ittihamla bağlı açıqlama verilməyib./qafqzinfo
7news.Az








