RU
Kolumbiyada hərbi baza yaxınlığında avtomobil partladılıb, ölənlər və yaralalanlar var
15:12
497

Kolumbiyada hərbi baza yaxınlığında avtomobil partladılıb, ölənlər və yaralalanlar var

Kolumbiyanın Arauka departamentində yerləşən Naranjitos hərbi bazası yaxınlığında partlayıcı maddələrin olduğu avtomobil partladılıb.

Bunu departamentin qubernatoru Uilinqton Rodriqes Benavides tviter səhifəsində yazıb.

"Tame bələdiyyəsindən San-Salvador istiqamətində yola düşən zaman partlayıcı maddə olan avtomobil Naranjitos hərbi bazasına çatmamış partlayıb. Nəticədə avtomobildə olan 2 nəfər ölüb, 4 hərbçi yaralanıb. Yaralanların vəziyyəti stabildir”, - o bildirib.

Qubernatorun sözlərinə görə, hazırda bu terror aktının təşkilatçıları barədə məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ