RU
Kolumbiyada hərbi təyyarə yoxa çıxdı
15:48
1361

Kolumbiyada hərbi təyyarə yoxa çıxdı

Kolumbiyada göyərtəsində 16 hərbçi olan `Mi-17` hərbi təyyarə yoxa çıxıb.

 

7news.Az xarici mətbuata istinadən xəbər verir ki, Kolumbiya ordusuna məxsus hərbi təyyarə əməliyyat yerinə yetirən zaman Marikita vilayətindən 15 km aralıda radarlardan itib. 

İlkin ehtimala görə, təyyarə qəzaya uğrayıb. 

Ordu komandanlığından bildirilir ki, hazırda xilasedicilər ölkənin qərbində Tolim departamenti ərazisində uçan hərbi təyyarənin düşdüyü yeri müəyyən etməyə çalışır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ