Kolumbiyada mübahisələrə səbəb olan öküz döyüşünü qadağan edən qanun layihəsi Konqresdə səs çoxluğu ilə qəbul edilib.
7NEWS.az xəbər verir ki, ölkədə on minlərlə insanın həyatını öküz döyüşündən qazandığı üçün qanun layihəsi mübahisələrə səbəb olub. Korridanın qadağan edilməsini, öküzlərin övladlığa götürülməsini, öküz güləşi meydançalarının istirahət, idman və mədəniyyət sahəsi kimi istifadəsini nəzərdə tutan qanun layihəsi 2 əleyhinə 93 səslə qəbul edilib.
7NEWS.az








