Kolumbiyada barıt fabrikində ən azı bir nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.
Bu barədə REN TV xəbər yayıb.
Hadisə Libano şəhərində baş verib.
Daha 16 nəfərin yaralandığı bildirilir. Onlar xəstəxanaya aparılıblar.
Partlayışın səbəbləri müəyyənləşdirilir.








