Kolumbiyanın qərbində bir neçə silahlı qrupun silahlandığı ərazidə on iki nəfər ölü tapılıb.
Bu barədə üsyançıların, yaraqlıların və narkotik alverçilərinin olduğu zonalarda vəziyyətin monitorinqi ilə məşğul olan "Indepaz" qeyri-hökumət təşkilatı məlumat yayıb.
"Lopez-de-Mikay bələdiyyəsinin Kauka departamentindəki kənd yerlərində beş qadın və yeddi kişinin ölümü ilə nəticələnən hadisə baş verdi", - təşkilat bildirib.
Kolumbiya Silahlı Qüvvələrinin məlumatına görə, söhbət İvan Mordiskonun rəhbərlik etdiyi, dağılmış "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri" üsyançı təşkilatının üzvləri tərəfindən yaradılan silahlı qrupun üzvləri arasındakı münaqişədən gedir.








