"Çelsi"də bu mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
7News.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın oyunçularının versiyasına əsasən, Villian mövsümün ən yaxşısı seçilib.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında oynadığı 34 matçda 5 qol vurub, 6 qolun ötürməsibi verib.
Qeyd edək ki, Villian 2013-cü ildə "Anji"dən "Çelsi"yə transfer olunub.








