Təəssüf ki, qardaş Türkiyədən tez-tez şəhid xəbərləri gəlir. Daha bir şəhid isə Sercan Öklükdür. Şəhidin anasının ürək parçalayan sualı hamını kədərləndirib.
7News.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, şəhid Sercan Öklükün acı xəbərini Ordunun Fatsa rayonunda yaşayan atası Nihat ilə anası Bülbül Öklükə qarnizon komandiri polkovnik-leytenant Xalid Gülten və bələdiyyə başçısı Hüseyn Anlayan verib. Şəhidin valideynləri və yaxınları acı xəbər aldıqlarında göz yaşlarını saxlaya bilməyiblər
Şahidin anasının, "Komandir, siz bura boşuna gəlməzsiniz. Yoxsa, oğluma bir şey olub?” sualı hamını göz yaşlarına boğub. Acı xəbəri eşidən ana stress keçirib.
Qeyd edək ki, 27 yaşlı Sercan Öklük Şırnakın Besta bölgəsində keçirilən əməliyyat zamanı PKK terrorçuları ilə qarşıdurma nəticəsində şəhid olub.
7News.az









