RU
Komaya düşən tələbə öldü - Hamilə imiş
12:20
340

Komaya düşən tələbə öldü - Hamilə imiş

Azərbaycanda komaya düşən hamilə qadın bətnindəki körpə ilə birlikdə dünyasını dəyişib.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə gün öncə insult keçirən Samirə Məmmədzadə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

6 aylıq hamilə olan Samirə ilə yanaşı, onun bətnindəki körpə də dünyasını dəyişib.

Qeyd edək ki, 11 aylıq uşağı olan S.Məmmədzadə Lənkəran Dövlət Universitetinin 5-ci kurs tələbəsi idi. O, Təbiyyat fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ