RU
Komitə: Benzinlə bağlı daxil olan şikayətlər araşdırılır
10:36
445

Komitə: Benzinlə bağlı daxil olan şikayətlər araşdırılır

"Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı elə də ciddi şikayətlər yoxdur".

7news.Az Report-a istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. 

"Bilirsiniz ki, ölkəyə idxal edilən benzin avro standartlarına cavab verir. Ona görə də şikayətlər o qədər də çox deyil. Doğrudur, avro-4 və avro-5 standartlarına uyğun benzinlər köhnə maşınlara vurulanda problem yaradır. Amma bu sahədə də ciddi şikayətlər yoxdur", - o qeyd edib. Bununla belə, R.Həsənovun sözlərinə görə, benzinlə bağlı rəhbərlik etdiyi komitəyə ara-sıra daxil olan şikayətlər araşdırılır. 

Komitə sədri satışda olan saxta məktəbli geyimləri barədə də danışıb və deyib ki, buna qarşı mübarizə aparılır.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ