RU
Komitə: Əhalinin gəlirlərində artım qeydə alınıb
21:26
533

Komitə: Əhalinin gəlirlərində artım qeydə alınıb

Azərbaycan əhalisinin gəlirləri cari ildə əvvəlki illə müqayisədə artıb.

Bu barədə 7news.Az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin yanvar ayında ölkə əhalisi 3 mlrd. 476,1 mln. manatlıq və ya əvvəlki ilin yanvarı ilə müqayisədə nominal ifadədə 4,6% çox gəlir əldə edib.

Rəsmi statistikaya əsasən, ölkə əhalisinin hər nəfəri orta hesabla 358,6 manat gəlir əldə edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 3 mlrd. 139,8 mln. manatlıq və ya əvvəlki ilə nisbətən 4,5% çox vəsait qalıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ