Diasporla İş üzrə Dövlət
Komitəsi beynəlxalq ictimaiyyəti və xüsusilə dünya azərbaycanlılarını Qarabağ həqiqətləri
ilə bağlı daha dərindən məlumatlandırmaq üçün "Qarabağ saatı” adlı yeni layihəyə
başlayır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının nəzdində fəaliyyət göstərən "Qarabağ Araşdırmalar Mərkəzi” ilə
birgə həyata keçiriləcək. Mərkəz layihənin informasiya təminatını həyata keçirəcək.
Layihə çərçivəsində Diaspor TV-də Azərbaycan və ingilis dillərində "Qarabağ
saatı” adlı proqram yayımlanacaq, xaricdə yaşayan azərbaycanlı gənclərlə, eyni
zamanda xarici mütəxəssislərlə debatlar, videokonfranslar təşkil olunacaq.
Layihənin məsləhətçisi və TV proqramının aparıcısı "Qarabağ Araşdırmalar Mərkəzi”nin
rəhbəri, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər
doktoru Elçin Əhmədovdur.