Mağazadan alınan konfet qurdlu çıxıb.
Mingəçevir sakini olan qadın şəhər bazarında mağazalardan birindən "Mu Mu" adlı karamel konfetləri alıb. Evə gəlib çay içərkən isə aldığı konfetin içindən mənşəyi bəlli olmayan qara rəngli qurd çıxıb.
Bundan təşvişə düşən qadın daha sonra bütün konfetləri açıb yoxlasa da, bu hal digərlərində təkrar olunmayıb.
Konfet Ağdaş şəhərindəki şirkətlərdən birində istehsal olunub./milli
7news.Az










