RU
Konfrans Liqası:
00:38
1095

Konfrans Liqası: "Qarabağ" 3-cü qolu vurub -YENİLƏNİB

 

"Qarabağ" Kiprdə "Omoniya"ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda 3-cü qolu vurub.

79-cu dəqiqədə penaltidən fərqlənən Maksim Medvedev komandasının üstünlüyünü 2 topa çatdırıb.

 
---

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab dəyişib.

ikinci hissədə meydana daxil olan Ramil Şeydayev 73-cü dəqiqədə Ağdam klubunu önə keçirib. 

 
-----

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab bərabərləşib.

52-ci dəqiqədə Ağdam klubunun heyətində Kadi Borges baxımlı zərbə ilə tarazlığı bərpa edib.

 
---

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ikinci hissə başlayıb.

7NEWS.Az-ın məlumatına görə, ilk yarıdan sonra Ağdam klubu rəqibinə uduzur - 0:1.

 
----

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ilk hissə başa çatıb.

Ağdam klubu fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb.

 
----

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ilk qol vurulub.

40-cı dəqiqədə Nikosiya təmsilçisinin heyətində Yan Letsyaks hesabı açıb.

 
---

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu start götürüb.

Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü şotlandiyalı FIFA referisi Bobbi Madden idarə edir.

 

7NEWS.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ