Konqo Demokratik Respublikasının şərqində Ebola virusuna yoluxmuş şəxslərdən biri klinikadan qaçıb.
"TASS” xəbər verir ki, hal-hazırda onu axtarışa veriblər, çünki bu hadisə xəstəliyin yayılmasına səbəb ola bilər.
Məlumata əsasən, 28 yaşlı mototaksi sürücüsü xəstəlikdən müalicə almaq istəməyərək Beni şəhərində yerləşən tibbi mərkəzdən qaçıb.
Qeyd etmək lazımdır ki, Ebola xəstəliyində bədən təmasları çox təhlükəlidir, virus hava-damcı yolu ilə yayılmır.
7News.Az








