RU
Konqoda çayda gəmi qəzaya uğrayıb, onlarla insan ölüb
10:40
20

Konqoda çayda gəmi qəzaya uğrayıb, onlarla insan ölüb

Konqo Demokratik Respublikasında (KDR), Konqo çayında gəminin çevrilməsi nəticəsində azı 25 nəfər həlak olub.

Bu barədə "Actualite” portalı məlumat yayıb.

Məlumata, ölənlərlə yanaşı, itkin düşənlər də var. Hazırda xilasetmə və axtarış tədbirləri davam etdirilir.

Göyərtəsində 50 sərnişinin olduğu gəmi iyulun 28-də Kindu şəhərindən çıxıb və qeyri-müəyyən şəraitdə batıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ