RU
Konqoda İtaliya səfirini öldürən altı nəfərə ömürlük həbs cəzası verilib
11:20
52

Konqoda İtaliya səfirini öldürən altı nəfərə ömürlük həbs cəzası verilib

Konqoda İtaliya səfirini, onun cangüdənini və sürücüsünü qətlə yetirən 6 nəfər ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə 7News.Az "Alarabiya”ya istinadən xəbər verir.

İtaliya səfiri Luka Attanasio, mühafizəçi Vittorio Yacavacci və onların sürücüsü Mustafa Milambo 22 fevral 2021-ci ildə Konqoda öldürülüb.

Altı silahlı şəxs yolda iki avtomobilin qarşısını kəsib, Milambonu öldürüb və altı sərnişini qaçırıb. Sonradan Konqonun ordusu cinayətkarı təqib ediblər. Tərəflər arasında atışma başlayıb və bu zaman qaçıranlar iki italyanı güllələyiblər.

Qeyd olunub ki, ömürlük məhbuslardan beşi artıq həbsdədir, biri isə qiyabi mühakimə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ