7NEWS.az xəbər verir ki, Dünən gecə Konqo Demokratik Respublikasının İturi əyalətinin İrumu bölgəsindəki kəndə hücum təşkil edilib. Yerli mənbələrdən verilən açıqlamaya görə, hücumda ən azı 18 nəfər həyatını itirib. Kənddə bir çox evin hücumçular tərəfindən yandırıldığı bildirilib. Hücumdan sonra təhlükəsizlik qüvvələrinin əməliyyat başlatdığı öyrənilib.
7NEWS.az








