Aeronavtika İnstitutunun konsert salonunda səhnənin ağırlığa davam gətirməyərək çökməsi, onlarla insanın xəsarət almasına səbəb olub. Xoşbəxtlikdən hadisə nəticəsində ölən olmayıb.
Konsert öz axarı ilə davam edərkən, xor üçün nəzərdə tutulmuş mahnını ifa etməkdən ötəri səhnəyə 50-dən çox musiqiçi çıxıb. Yerdən 3 metr hündürlükdə polat dirəklər üzərində quraşdırılmış taxta səhnə, ifaçıların ağırlığına davam gətirməyərək çöküb. Bu vaxt onlarla musiqiçi 3 metr hündürlükdən yerə yıxılıb. Bu da azmış kimi, səhnənin sağında quraşdırılmış nəhəng ekran, gənclərin üstünə aşıb.
Yerli medianın məlumatına görə, olayda azı 25 nəfər yaralanıb. Onladan bir neçəsinin vəziyyəti ağırdır. İnstitutun yaradılmasının 30-cu ildönümü münasibətilə təşkil olunan konsert, yarımçıq qalıb. Yaralananlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qeyd edək ki, Çində bu tip qəzalar ilk dəfə deyil. Səhnələrin oxşar səbəblərdən çökməsinə baxmayaraq, qabaqlayıcı tədbirlərin görülməməsi, əlaqədar qurumları tənqid hədəfinə çevirib./atv
7news.az








