Seksi səhnə şouları və çılpaq fotoları ilə gündəmdə olan müğənni Miley Cyrus qeyri-adi konser keçirəcək.
7news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, amerikalı müğənni konsertə tamamilə çılpaq gələcəyini bildirib.
Cyrus cinsi ayrıseçkiliyə diqqət çəkmək üçün “The Flaming Lips” rok qrupu ilə səhnəyə çıxacaq.
Müğənni ayrıca konsertə gələcək fanlarının da çılpaq olmasını istəyib.
Şou zamanı çılpaq izləyicilərin üzərinə südə bənzər mayenin töküləcəyini qeyd olunub.
Bu səhnə daha sonra Mileyin “Milky milky milk” adlı mahnısının klip çəkilişində istifadə olunacaq.
7news.az













