RU
“Konsertimin dekorasiyasına 20 min manat xərcləmişəm”
11:52
847

“Konsertimin dekorasiyasına 20 min manat xərcləmişəm”

Tanınmış müğənni İzzət Bağırov sentyabrın 18-də Yaşıl Teatrda konsert verməyə hazırlaşır.

Möhtəşəm konsert verməyə hazırlaşan ifaçı “Hər şey daxil” verilişinin qonağı olub. Müğənni baş tutacaq konsertinin dekorasiyası üçün 20 min manat xərclədiyini açıqlayıb. Bağırov 12 il ərzində 8 mart da konsert versə də, daha sonra bu ənənəsinə sadiq qalmadı. Müğənni konsertdən öncə ona dəstək olacağına söz verən dostlarından danışdı:

“Bu konsertə ciddi şəkildə hazırlaşıram. Mənim komandam yoxdur, özüm tək başına işlərimi görürəm. Bu konsertin sponsoru da yoxdur. Hətta konsertdən öncə insanlar var idi, deyirdi ki, sən konsertə başla nə lazımdısa kömək edərik. Elə ki, konsertin afişaları hazırlandı, həmin şəxslər aradan itdi. Bəlkə də, indi Bakıdan qaçıblar.”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ