RU
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib
19:55
232

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Bu barədə 7NEWS.Az-a məhkəmədən məlumat verilib.

İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 16-cı və 75-ci maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun gələn il yanvarın 6-na təyin edilən iclasında baxılacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ