“NTV Spor” kanalının şərhçisi Rıdvan Dilmən Türkiyə millisinin Avropa Çempionatındakı çıxışından və İrlandiyanın son turda İtaliyanı məğlub etməsindən danışıb.
7News.Az xəbər verir ki, o, İrlandiyaya uduzan İtaliya millisinin baş məşqçisi Antonio Konteni şərəfsiz adlandırıb: “İtaliya qrup liderliyini təmin etdiyi üçün Konte heyətdə rotasiya elədi. Bu, böyük bir şərəfsizlikdir. Bizim üçün dramatik sonluq oldu. Futbolçularımıza, məşqçilərimizə təşəkkür edirəm”.








