RU
“Kor Hüseyn” həbs olundu - Lənkəranskinin dəstəsinə növbəti zərbə - FOTO
14:00
597

“Kor Hüseyn” həbs olundu - Lənkəranskinin dəstəsinə növbəti zərbə - FOTO

Çeçenistanın paytaxtı Qroznı şəhərində Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanları "Kor Hüseyn" ləqəbli "qanuni oğru" Hüseyn Əhmədovu həbs ediblər. 

51 yaşlı "vorzakon"un üzərində külli miqdarda narkotik vasitələr - "metadon" və kokain aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, "Kor Hüseyn" Çeçenistanın kriminal aləmində ən məşhur və ən yaşlı (təcrübəsinə görə) "qanuni oğru"lardan biri hesab olunur. 80-ci illərdə bu "işə" başlayan Əhmədov 6 dəfə həbs olunub.

 

"Kor Hüseyn" Rövşən Lənkəranskinin ən yaxın adamlarından olub. O, Türkiyədə Rövşən öldürüldüyü günə qədər onun yanında olub.  Lənkəranskinin qətlindən sonra İstanbulu tərk edərək Çeçenistana qayıdıb. /qafqazinfo

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ