RU
Koreya lideri cins şalvar geyinməyə qadağa qoydu
23:18
937

Koreya lideri cins şalvar geyinməyə qadağa qoydu

Şimali Koreya lideri Kim Çen İn ölkədə daha bir qadağa qoyub.

Kim vətəndaşlara cins şalvar geyinməyi və pirsinq taxmağı (qulağa, buruna, dodağa taxılan sırğalar) rəsmən qadağan edib.

Onun bu qadağanı Qərb mədəniyyətinin ölkədə yayılmasının qarşısını almaq üçün verdiyi bildirilir.

Qadağanın xüsusilə, Çin sərhədinin yaxınlığında yerləşən Ryanqanq və Şimali Hamqyonq bölgələrinin sakinlərinə şamil olunduğu da qeyd olunur.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ