Bu gün impiçmenti elan edilən Cənubi Koreya lideri Pak Kın Xe səlahiyyətlərini təhvil verib.
7News.Az rus KİV-nə istinadən xəbər verir ki, Kın Xe öz hüquqlarını müvəqqəti olaraq baş nazir Xvan Qyo Anuya ötürüb. Baş verən siyasi prosesləri dəyərləndirən ölkə mediası "Bu andan etibarən Pak dövlət başçılığı vəzifəsini yerinə yetirə bilməz”,- yazıb.
Qeyd edək ki, Cənubi Koreyanın Konstitusiya məhkəməsi 180 gün ərzində liderin impiçmentinə baxacaq.








