RU
Koreya sərhədində gərginlik: Zibil balonlarına qarşı təbliğat yayımı gedir
18:00
34

Koreya sərhədində gərginlik: Zibil balonlarına qarşı təbliğat yayımı gedir

Cənubi Koreyanın Şimali Koreya ilə sərhədində geniş təbliğat yayımları iki gündür davam edir.
 
Bu barədə Cənubi Koreyanın aparıcı mətbuat orqanı olan "Yonhap" məlumat yayıb.
 
Buna səbəb Pxenyan rəhbərliyinin Cənubi Koreyaya zibil balonları göndərməsi olub.
  
Qeyd edək ki, bir müddət öncə Şimali koreyalı qaçqınlar və Cənubi Koreyadakı fəallar Pxenyanı tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndərmişdilər. 

Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya 2 mindən çox zibil daşıyan şar göndərib. 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ