RU
Koreyada raket
11:36
897

Koreyada raket "vur-vurum"u: işə ABŞ qarışdı - VİDEO

Şimali Koreya Xalq-Demokratik Respublikasının hakimiyyət dairələri dünən gerçəkləşdirilən ballistik raket sınaqlarını ABŞ-ın Yaponiya ərazisindəki hərbi bazalarına potensial zərbələrin məşqi adlandırıb.

7News.az bildirir ki, rəsmi Pxenyanın açıqladığı bəyanatda deyilir: "Ölkəmiz ABŞ-ın Yaponiya ərazisindəki hərbi obyektlərinin darmadağın edilməsinin məşq olunduğu təlimlər zamanı 4 ballistik raketi uğurla sınaqdan keçirib".

Sınaqlara Şimali Koreya lideri Kim Çen In şəxsən rəhbərlik edib.

Dünən Şimali Koreyanın qərb sahilindəki Phenan-Puktio əyalətində yerləşən Tonçhanni poliqonundan 4 ballistik raket buraxılıb. 1000 kilometri qət edən raketlər Yapon dənizinə düşüb.

Yaponiyanın Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, raketlər Akita prefekturasındakı Oqa yarımadasından 300-350 km qərbdə okeana düşüb.

Bu ayın əvvəlində ABŞ və Cənubi Koreya ənənəvi "Foal Eagle" hərbi təimlərinə başlayıblar. Bütün qoşun növlərinin cəlb olunduğu təlimlər martın sonunadək davam edəcək. Martın 13-də isə "Key Resolve" adlı komanda-qərargah təlimləri başlanır.

Şimali Koreya bu təlimləri təxribat sayıb və "ən sərt şəkildə cavab verəcəyini" bildirib.

Pxenyan ötən raket sınağını fevralın 12-də keçirmişdi. Yapon dənizinə buraxılmış raket təqribən 500 km uçmuşdu.

BMT-nin Təhlükəsizlik Şurası xüsusi qətnamə qəbul edərək Şimali Koreyaya ballistik texnologiyalardan istifadə olunmaqla raket atışlarını yasaqlayıb.

Fəqət Pxenyan BMT-nin yasağını qulaqardına vurub.

ABŞ isə Cənubi Koreyanı qorumaq üçün orada "Terminal High-Altitude Area Defense" (THAAD) raket əleyhinə müdafiə sistemininin (RƏM) quraşdırılmasına başlayıb. Dünən bu sistemin ilk elementləri C-17 hərbi-nəqliyyat təyyarəsi ilə Seula çatdırılıb.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə, THAAD sistemi Soncu əyalətində, vaxtilə "Lotte" şirkətinə məxsus qolf meydançasında quraşdırılacaq.

Sistem iki ay sonra tam hazır olacaq.

Cənubi Koreyadakı THAAD batareyasında 4-10 mütəhərrik atış qurğusu olacaq. Hər qurğuda 8 antiraket var. Batareyaya TPY-2 TM antiraket radarı da daxildir.

THAAD antiraketlərinin fəaliyyət radiusu maksimum 200 kilometrdir.//milli

7News.az

Koreyada raket

Koreyada raket

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ