RU
Koronavirus daha yoluxucu hala gəlib - AÇIQLAMA
11:10
389

Koronavirus daha yoluxucu hala gəlib - AÇIQLAMA

"Koronavirus daha yoluxucu olub. Əvvəllər bir xəstə iki nəfəri yoluxdura bilirdisə, bu gün onların sayı dördə çatıb”.

360 TV-nin məlumatına görə, bunu Honkonq Tibb Universitetinin Tibb Məktəbinin professoru və dekanı Qabriela Leunqa bildirib.


"Honkonqda aparılan araşdırma sözügedən tendensiyanı təsdiqləyib”, - deyə o bildirib.

Bununla belə, yoluxuculuğun artması koronavirusun daha ölümcül olması demək deyil.

İnfeksiyanın yayılma tərzinin dəyişməsi koronavirusun ən çox yayılmış ştammının mutasiyası ilə əlaqələndirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ