"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, xəstəlik keçirmiş insan üçün peyvəndləmə əks göstəriş deyil, istənilən halda onu etmək mümkündür”.
"Qafqazinfo” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı bildirib.
O qeyd edib ki, xəstəlik keçirən şəxslərin müəyyən qədər qoruyuculuğu var: "Virusa yoluxub sağalan şəxslərdə müəyyən müddətdən sonra o immunitet azala bilər. Hazırda 6 ay əvvəl xəstəlik keçirən şəxslər peyvənd olunurlar. Lakin virusa yoluxanlar peyvəndləmə sırasında axırıncı yerdə dayanırlar. Əvvəlcə risk qrupuna daxil olan insanlar peyvənd olunmalıdır”.
T. Eyvazov əlavə edib ki, koronavirus peyvəndi ona görə vurulur ki, insanlar əvvəlki həyatlarına qayıtmaq istəyir. Tam qalib gəlməsək belə, peyvəndləmə ilə epidemiyanın qarşısı alına bilər.
7NEWS.Az








