Koronavirus infeksiyasının yayılması hava yolu ilə deyil, insanların fəaliyyəti ilə əlaqələndirilir.
"İnterfaks” xəbər verir ki, bunu Rusiyanın baş müstəqil epidemioloqu Nikolay Briko açıqlayıb.
Brikonun sözlərinə görə, virus heç bir şəkildə uça bilmir, çünki havada yarım saatdan sonra, nadir hallarda isə üç saatdan sonra ölür.
O, bunu virusun qeyri-sabit olması və ultrabənövşəyi şüalanmanın təsiri altında ölməsi ilə əlaqələndirib. Bu baxımdan epidemioloq koronavirusun yalnız insanlar vasitəsilə yayıldığını qeyd edib.
7News.Az








