Böyük Britaniyada yerləşən Mərkəzi Lankaşir Universitetinin alimləri koronavirus pandemiyasının mövsümi qrip epidemiyalarını zəiflədə biləcəyini düşünürlər.
Bununla bağlı araşdırmanın nəticələrini "The Conversation” jurnalı dərc edib.
Mütəxəssislər qeyd edirlər ki, koronavirus səbəbindən ölkə əhalisinin 83%-dən çoxu ictimai tualetlərə getdikdən sonra daha tez-tez əllərini yumağa başlayıb.
Bundan əlavə, tətbiq edilən karantin təhsil ocaqlarında qripin yayılmasının qarşısını alır.
7News.Az








