ABŞ-ın Nyu-York şəhərində tibb işçilərindən birində yeni növ koronavirus peyvəndindən sonra ciddi allergik reaksiya baş verib.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, həmin şəxsin vəziyyəti hazırda stabildir.
Tibb işçisinin kimliyi, allergik reaksiyanın səbəbi və dərəcəsi haqqında məlumatlar gizli saxlanılır.
Təcili istifadə üçün təsdiqlənmiş iki peyvəndən hansının reaksiyaya səbəb olduğu da məlum deyil.
Nyu-York şəhər Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki peyvəndlərin yan təsirləri nadir hallarda olur. Nyu-Yorkda 30.000-dən çox "COVİD-19" peyvəndi tətbiq edilib və yalnız bir nəfərin orqanizmi peyvəndə ciddi reaksiya verib.
7News.Az








