RU
Koronavirusa görə bağlanan bütün məktəblərdə əyani tədris bərpa olundu
15:15
570

Koronavirusa görə bağlanan bütün məktəblərdə əyani tədris bərpa olundu

Azərbaycanda hazırda təhsili distant qaydada davam etdirən məktəb və siniflərin sayı açıqlanıb.

7News.Az Trend-ə istinadən xəbər verir ki, hazırda ölkə üzrə distant təhsildə olan məktəb yoxdur.

Qeyd olunub ki, distant təhsilə keçən siniflərin sayı isə 10-dur.

Xatırladaq ki, müvafiq qaydalara uyğun olaraq məktəblərdə koronavirusa yoluxma qeydə alındığı halda Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzlərinin rəyi əsasında lokal bağlanmalar barədə qərar qəbul edilir.
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ