Pekin hökuməti ölkənin digər rayonları ilə şəhərin avtomobil əlaqəsini məhdudlaşdırmaq qərarına gəlib.
MK xəbər verir ki, bu, keçən həftə şəhərdə yayılan yeni növ koronavirusun qarşısını almaqla əlaqədardır.
Taksilərin şəhər xaricinə gedə bilmədiyi, bu qadağanın sərnişin gətirən sürücülərə də şamil edildiyi qeyd olunur. Pekinin çıxışında təlimatların yerinə yetirilməsinə nəzarət etmək üçün postlar qurulacaq.
Şəhər Səhiyyə Komitəsi yoluxma riski yüksək olan insanlara Pekindən getməyi qadağan edib və bu kateqoriyadan olan artıq paytaxtı tərk etmiş vətəndaşların dərhal yerli hakimiyyət orqanlarına müraciət etmələrini tələb edib.
Son üç gündə, şənbə günündən başlayaraq Pekində, Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, COVID-19-a 99 yoluxma halı aşkarlanıb: şənbə və bazar günləri 36, bazar ertəsi günü 27. Bu statistikada koronavirusun asimptomatik daşıyıcıları nəzərə almayıb.








