İspaniyada bir mink (gəmirici) fermasında aparılan yoxlamalar zamanı heyvanların əksəriyyətinin koronavirus testi pozitiv çıxıb.
7News.Az xəbər verir ki, ilk əvvəl İspaniyanın şimalında yerləşən Aragon vilayətindəki fermada işləyən bir nəfərdə koronavirus aşkarlanıb. Daha sonra bütün fermada yoxlanış edilməsi qərara alınıb. Bunun üçün minklər izolyasiya edilib və nəzarətə götürülüb. Lakin iyulun 13-də onların 87 faizində virus aşkarlanıb. Nəticədə 92 min 700 minki məhv ediləcəyi açıqlanıb. Xəzləri səbəbilə fermalarda sürü şəklində saxlanılan minklərin məhvindən yaranacaq maddi zərər dövlət tərəfindən qarşılanacaq.
Xatırladaq ki, daha əvvəl Danimarka və Hollandiyadakı mink fermalarında koronavirus aşkarlanıb.








