
BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "BuzzFeed News" yazır.
Belə ki, 43 yaşlı idmançı karantinn rejimi elan olunandan öncə Mayamidə mindən çox iştirakçısı olan tədbirdə olub. Həmin tədbirdə azı 38 nəfərdə "COVİD-19" virusunun olduğu aşkarlanıb.

9 gün sonra virusun əlamətlərini özündə hiss edən Mayk xəstəxanaya yerləşdirilib. Vəziyyət sürətlə pisləşdiyindən o, dörd həftədən çox xüsusi boru vasitəsiylə nəfəs alıb.
Şults 6 həftə yuxu dərmanı qəbul edib. 57 gün xəstəxanada qaldıqdan sonra sağalan Maykın çəkisi 90 kilodan 63,5 kiloyadək azalıb.

7News.Az








