Dünya əhalisi koronavirus qədər sürətlə yayılan və Ebola qədər ölümcül olan "Xəstəlik X"in təsiri altında qalacaq.
7News.Az xəbər verir ki, 1976-cı ildə Ebola virusunun kəşf edilməsində xidmətləri olan professor Jan-Jakis Muyembe Tamfum bəşəriyyətin yeni epidemiya ilə qarşı-qarşıya olduğunu bildirib.
ABŞ mətbutatında yer alan xəbərə görə, professor Afrikanın tropik meşələrində yeni və ölümcül virusların yarandığını iddia edib:
"Yeni patogenlərin ortaya çıxdığı bir dünyada yaşayırıq, bu, insanlıq üçün ən böyük təhlükədir".
Yeni virusların koronavirusdan daha sürətlə yayıldığı və ölümcül olduğu diqqətə çatdırılıb.
7News.Az








