RU
Koronavirusdan ölənlərin sayını gizlətmək üçün meyitləri gecə basdırırlarmış
17:31
547

Koronavirusdan ölənlərin sayını gizlətmək üçün meyitləri gecə basdırırlarmış

Koronavirusdan ölənlərin sayını gizlətmək üçün qəribə üsula əl atılıb.

7News.Az Haberglobal-a istinadla xəbər verir ki, Mərkəzi Amerika dövlətlərindən olan Nikaraquada koronavirusdan ölənlərin sayının gizlədildiyi məlum olub. Hökümətin əmri ilə alınan qərara görə Covid-19 səbəbindən dünyasını dəyişənlərin cəsədləri gecə saatlarında basdırılıb.

Dəfn mərasimi ilə bağlı görüntülərin sosial şəbəkədə yayılmasından sonra ölkədə qalmaqal yaranıb. Ölkə başçısı Daniel Ortega iddiaları təkzib etsə də, həkimlər bunu təsdiqləyiblər.

Qeyd edək ki, paytaxt şəhər olan Manaquada yerləşən Jardines del Recuerdo qəbirstanlığında son 5 gündə 50 meyit dəfn edilib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ