Britaniyadakı Oksford Universitetinin alimləri koronavirusa yoluxduqda ölüm riskini artıran əsas amilləri açıqlayıblar.
7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "Nature" jurnalında dərc olunan məqalədə bildirilir.
Tədqiqatçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində qeydə alınan bütün xəstələr arasında 17 milyondan çox adam, eləcə də 10.926 ölən haqqında məlumatları təhlil ediblər.
Məlum olub ki, kişilər, yaşlılar və tək yaşayan insanlar koronavirusdan 1,59 dəfə daha çox ölürlər. Bundan əlavə, Afrika və Asiya mənşəlilər də daha çox risk altındadırlar.
80 yaşdan yuxarı insanlarda koronavirus infeksiyası nəticəsində ölüm riski 50-59 yaş arası insanlara nisbətən 20 dəfə daha yüksəkdir.
Təhlükəli amillər arasında piylənmə, diabet, ağır astma və digər tənəffüs xəstəlikləri, ürək və qaraciyər xəstəlikləri, nevroloji və autoimmun xəstəliklər var. Lakin tədqiqatçılar bu xəstəliklərin mütləq şəkildə ciddi fəsadlara səbəb olmadığını vurğulayıblar.
Siqaret çəkmə və hipertoniyanın da mənfi təsiri var.
7News.Az