RU
Koronavirusdan sağalan Bəhram Bağırzadə peyvənd barədə:
17:10
663

Koronavirusdan sağalan Bəhram Bağırzadə peyvənd barədə: "Bunu sizə 20 gününü komada keçirən bir insan kimi deyirəm"

Bunu sizə 52 gününü klinikada və onun da 20 gününü komada keçirən bir insan kimi deyirəm
 

Bu sözləri Əməkdar artist Bəhram Bağırzadə şəxsi Telegram hesabında yazıb.

"Əziz dostlar! Cəmiyyət iki hissəyə bölünüb - bəziləri peyvənd tərəfdarlarıdır, digərləri isə peyvənd olunmaq istəmirlər. Bu mövzuda sizə məsləhət vermək fikrində deyiləm. Ancaq kimsə mənə özümə peyvənd vurduracağım barədə sual verərsə, heç bir tərəddüd etmədən cavab verəcəyəm: "Bəli, bəli və yenə də bəli!!! Yalnız mən yox, ailəmin bütün üzvləri. Üstəlik, dünən təxminən 65 yaşında olan çox yaxın qohumlarımdan biri artıq peyvənd olunub". Bunu sizə 52 gününü klinikada və onun da 20 gününü komada keçirən bir insan kimi deyirəm... Heç kimə belə bir təcrübə arzulamaq istəməzdim... Buna görə düşünün və düzgün seçim edin. Uca Allah dünyanın bütün insanlarını qorusun!"/milli

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ