RU
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər
11:30
279

Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər

Koronavirusdan sağalan insanların bəlğəm və nəcis nümunələrində SARS-CoV-2 aşkar edilə bilər.

"Lenta.ru” xəbər verir ki, çinli mütəxəssislərin müvafiq araşdırması "Annals of Internal Medicine” jurnalında dərc edilib.

Araşdırmada 20 yanvar – 27 fevral tarixlərində koronavirus diaqnozu ilə xəstəxanalarda yatmış 133 insan iştirak edib.

Onlardan 22-də burun-boğaz nümunələrində xəstəliyinin əlamətləri aşkar edilməsə də, bəlğəm və nəcis nümunələrində təsbit edilib.

Qeyd olunan nümunələrin təhlili üçün real zamanda polimeraz zəncirvari reaksiyadan istifadə edilib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ