RU
“Koronavirusu məhv edən peyvənd hazırladıq”
11:20
371

“Koronavirusu məhv edən peyvənd hazırladıq”

Koronavirus səbəbiylə dünyada ən çox  itki verən ölkələrdən biri olan İtaliyada tədqiqatçılar, "virusun məhv edilməsinə imkan verən dünyada ilk peyvəndi” tapdıqlarını və payızda insan təcrübələrinə başlayacaqlarını açıqlayıblar. 

7News.Az xəbər verir ki, Romada yerləşən Takis BioTech dərman şirkəti, yeni növ koronavirusa (Kovid-19) qarşı inkişaf etdirdikləri peyvəndin ilk təcrübələrini keçirdiyini və heyvanların üzərində analiz edilməyə başladıqlarını bildiriblər.

 

Həmçinin də, Takis BioTech şirkətinin baş meneceri Luigi Aurisicchio, italyan komandasından ibarət  alimlərin epidemiyanın qarşısını almaq üçün "Bildiyimiz qədər, biz Kovid-19-ın peyvəndlə zərərsizləşdirilməsini nümayiş etdirən dünyada ilk komanda olacıq” deyə  payızda klinik sınaqlara başlamağı planlaşdırdığını açıqlayıb.

İnkişaf etdirilən vaksinlərin hamısının DNT əsaslı peyvəndlər olduğu bildirilib. DNT və ya RNA əsaslı vaksinlər, zəifləmiş və ya ləğv edilmiş virusun hissələri ilə hazırlanmadığı üçün laboratoriyada yeni bir nümunəyə ehtiyac olmadan geniş miqyasda istehsal edilə biləcəyini bildirir. İtalyan xəbər agentliyi ANSA-ya danışan Aurisicchio, "Bu, İtaliyada edilən bir peyvənd üçün bir testdir. Gələcək klinik sınaqlar üçün istifadə edəcəyik. Ümid edirik ki, peyvənd insanlarda da işləyəcək” deyə ifadə edib. 

 

 

7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ